"Qarabağ" - "Qəbələ" görüşünün hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında 15-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.

SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan - "Qarabağ" - "Qəbələ" görüşü İnqilab Məmmədova həvalə edilib:

10 fevral (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”
Hakimlər
: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
“Azersun Arena”

11 fevral (bazar)

15:00. “Keşlə” – “Səbail”
Hakimlər
: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”

17:30. “Neftçi” – “Kəpəz”
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”