"Qarabağ" "Qəbələ" ilə görüşə hazırlaşır

Topaz Premyer Liqasının XVII turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” görüşün hazırlıqlarına start verib. SportLine.az saytının məlumatına görə, ağdam təmsilçisi ötən günü tək hazırlıqla başa vurub.

Əvvəlcə isinmə hərəkətləri edən komanda daha sonra fiziki təmrinləri yerinə yetirib.

Hazırlıq prosesi taktiki çalışmalarla yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” - “Qəbələ” matçı fevralın 17-də saat 17:30-da start götürəcək.