"Qarabağ" "Qəbələ"ni məğlub etdi

Bu gün Topaz Premyer Liqasında 17-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam təmsilçisi qələbə qazanmaqla "Neftçi" ilə xal fərqini minimuma endirib.

17 fevral 2019
Topaz Premyer Liqası
17-ci tur

“Qarabağ” – “Qəbələ” - 2:1
QOLLAR:
Riçard Almeyda, 4/p. (1:0); Cavid Hüseynov, 29/p. (1:1); Filip Ozobiç, 30 (2:1)

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika stadionu

1 Neftçi 17 38
2 Qarabağ 17 37
3 Səbail 17 27
4 Qəbələ 17 23
5 Sabah 17 20
6 Sumqayıt 17 15
7 Keşlə 17 15
8 Zirə 17 14