"Qarabağ" qələbə qazandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 3-cü yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rusiyanın "Ufa" klubu ilə qarşılaşıb. Premyer Liqa təmsilçisi ilə görüşdə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk qələbəsi olub.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 uduzub, ikinci matçında Rumıniyanın "Krayova" klubu ilə heç-heçə edib.