"Qarabağ" "Real"ın futbolçusunu heyətə qatır

"Qarabağ" klubunun yay fasiləsində ilk əcnəbi transferi İspaniyadan olacaq.

Sportline.az xəbər verir ki, Ağdam klubu Jayme Romero Qomesi heyətinə qatmağa hazırlaşır.

28 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacağı bildirilir. Qeyd edək ki, futbolçu 2017-ci ildə "Osasuna"dan İspaniya Sequndasında çıxış edən "Kordoba”ya 500 min avroya transfer olunub.

O, bir neçə gün əvvəl yolları ayrılan  komandanın heyətində son mövsümdə 32 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Jayme Romero həmçinin "Albasete", "Udineze", "Bari", "Qranada", "Orduspor", "Luqo" klublarında və "Real"ın B komandasında forma geyinib.