"Qarabağ" rəsmisindən APOEL-lə oyun haqqında açıqlama

"Qarabağ" Avropa Liqasında qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-lə qarşılaşacaq.

Sportline.az saytına açıqlama verən Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov APOEL - "Qarabağ" matçında azarkeş dəstəyi ilə bağlı suallara aydınlıq gətirib.

"Əslində biz özümüzlə azarkeş aparmırıq. Amma, Kiprə gələn azarkeşləri biletlə təmin etməkdə köməklik göstərəcəyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.