"Qarabağ" reytinq xalını artırdı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlardan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın Bakıda APOEL-lə heç-heçəsi (2:2) Azərbaycanın xalını artırıb. Ağdam klubunun bu nəticəsi ölkəmizə 0,250 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 3,125-ə yüksəldib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,500 xal olub.

Hazırda Avropada 26-cı sırada qərarlaşan Azərbaycan 25-ci yerdəki Qazaxıstanla fərqi 0,250 xala endirib.