"Qarabağ" Rusiya klubuna qarşı

Ölkə çempionumuz "Qarabağ"ın Avstriya toplanışı davam edir.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün növbəti yoxlama görüşünə çıxacaq.

Baş məşqçi Qurban Qurbanov yetirmələrini "Ufa" ilə oyunda sınayacaq. Rusiya təmsilçisi ilə görüş Bakı vaxtı ilə 19:00-da başlanacaq.

Bu, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində 3-cü yoxlama matçı olacaq. Azərbacyan çempionu buna qədər “Ludoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olub, “Universitatya Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb.

 

Yoxlama görüşü

28 iyun

19:00. "Qarabağ" - "Ufa" (Rusiya)