"Qarabağ" sabah çempion ola bilər
Bu tur Topaz Premyer Liqasında mövsümün qalibi rəsmiləşə bilər.
SportLine.az xəbər verir ki, "Kəpəz" üzərində qələbə qazanan "Qarabağ" çempionluğa bir qədər də yaxınlaşıb. Hazırda "köhlən atlar"ın zəfərə çatmağına bir addım qalıb.
Sabah keçiriləcək "Qəbələ" - "Səbail" görüşünün nəticəsi də Qurban Qurbanovun komandasını vaxtından əvvəl qalib edə bilər. "Səbail" qələbə qazanmaqla "Qarabağ"ın çempionluğunu sona 5 tur qalmış rəsmiləşdirəcək.
Ağdam təmsilçisinin ən yaxın izləyicisi "Qəbələ" hazırda 15 xal fərqlə 2-ci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" "Səbail"lə görüşdə bu fərqi 12-ə endirə bilməsələr, "Qarabağ" çempion olacaq.
"Qəbələ" qələbə qazanacağı təqdirdə "Qarabağ" arzusunu gerçəkləşdirmək üçün daha bir həftə gözləyəcək. 24-cü turda "Sumqayıt"ın qonağı olacaq "köhlən atlar" 3 xal əldə etsələr, cari mövsümü çempion kimi bitirəcəklər.
Qeyd edək ki, növbəti turda "Qəbələ" Bakıda "Neftçi" ilə üz-üzə gələcək.
Turnir cədvəlində hazırkı vəziyyət:
| 1 | Qarabağ | 23 | 56 |
| 2 | Qəbələ | 22 | 41 |
| 3 | Sumqayıt | 22 | 36 |
| 4 | Zirə | 22 | 35 |
| 5 | Neftçi | 22 | 31 |
| 6 | Səbail | 22 | 18 |
| 7 | Keşlə | 22 | 18 |
| 8 | Kəpəz | 23 | 12 |