"Qarabağ"dan növbəti qələbə

Bu gün Topaz Premyer Liqasında 6-cı tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Son çempion "Qarabağ" debütan "Sabah"ın qonağı olacaq. 10 xalla 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi güclü rəqiblə dueldə də uğurlu nəticəyə ümid edir. "Köhlən atlar" isə meydana favorit statusunu təsdiqləmək üçün çıxacaqlar.

Saat 20:50-də başlanacaq görüşü Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


29 sentyabr 2018
TPL, 6-cı tur

"Sabah" - "Qarabağ" - 0:2
QOLLAR:
Miçel, 82 (0:1); İnnosent Emeqara, 89 (0:2)

Baş hakim: Rəhim Həsənov
"Əlincə Arena"

Standings provided by Sofascore LiveScore