"Qarabağ" "Sabah"ın müqavimətini qıra bilmədi

Bu gün Topaz Premyer Liqasında 12-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

Son çempion - "Qarabağ" "Sabah"ı qəbul edib. Ağdam təmsilçisi rəqibin müqavimətini qıra bilməyib.

24 noyabr 2018
TPL, 12-ci tur

“Qarabağ” – “Sabah” - 1:1
QOL: 
Elgün Nəbiyev, 44 (0:1); Yakub Jezniçak, 45+1 (1:1)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu

1 Neftçi 11 26
2 Qarabağ 12 24
3 Səbail 11 20
4 Sabah 12 17
5 Qəbələ 12 15
6 Sumqayıt 11 11
7 Keşlə 12 9
8 Zirə 11 6