"Qarabağ" sabiq oyunçusunu qaytarmaq istəyir

"Qarabağ" klubu sabiq qapıçısı İbrahim Şehiçi heyətə qaytarmaq niyyyətindədir.

Sportline.az bih.ba saytına istinadən xəbər verir ki, "Erzurumspor"un oyunçusu ilə Türkiyənin "Trabzonspor", "Kasımpaşa", "Gazişehir Gaziantep" komandaları ilə yanaşı Azərbaycan çempionu da maraqlanır.

Ötən mövsümün nəticələrinə əsasən, Super Liqanı tərk edən "Erzurumspor"un prezidenti Hüseyn Ünes Türkiyə mətbuatına açıqlamasında qolkiperi komandada saxlamaq üçün mübarizə aparacaqlarını bildirib: "Türkiyə klubları ilə yanaşı, digər Avropa klubları da onu transfer etmək istəyir. Ancaq bizim mövqeyimiz bəllidir. Qalmasını istəyirik".

Qeyd edək ki, İbrahim Şehiç 2013 - 2018-ci ildə "Qarabağ"da çıxış edib. Bosniya və Herseqovina millisinin üzvünün klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi var.