"Qarabağ" "Səbail"i məğlub etdi

2019/2020 mövsümünə hazırlaşan "Qarabağ" Bakıda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama keçirib.

Sportline.az xəbər verir ki, Ağdam klubu "Azərsun Arena"da "Səbail"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.