"Qarabağ" "Səbail"lə oyunun hazırlığını davam etdirir

"Qarabağ" Azərbaycan Premyer Liqasının 8-ci turunda görüşəcəyi "Səbail"lə matçın hazırlıqlarını davam etdirir.

Sportline.az xəbər verir ki, komanda bir günlük istirahətin ardından bu gün çalışmaları bərpa edib. Komandanın bugünkü məşqi təxminən 1 saat davam edib. Futbolçular yüngül, toplu çalışmalarla hazırlığı başa vurub.

Milli komandamızda olan futbolçularımız da komandaya qoşulub. İslandiya millisinə dəvət alan qapıçı Hannes Halldorsson bu gün Bakıya gələcək. Bolqarıstan və Konqo yığmalarında yer alan iki futbolçu: Simeon Slavçev və Con Delarj isə bu gün baş tutacaq oyunlardan sonra Bakıya qayıdacaq.