"Qarabağ" səfərə yollanır

Ölkə çempionu "Qarabağ" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedir.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi iyunun 7-də başlayan Bakı toplanışını başa vurub.

"Səbail"lə yoxlama görüşü keçirən və 3:1 hesablı qələbə qazanan "Qarabağ" bu gün Avstriyaya yola düşür. Komandanın orda nə vaxta qədər qalacağı Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasından asılı olacaq. İlk görüş səfərdə olsa, Qurban Qurbanov yetirmələrini həmin ölkəyə birbaşa Avstriyadan aparacaq. Əks təqdirdə, ölkə çempionu iyulun 3-dək toplanışını davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyada 4 yoxlama görüşü keçirməyi planlaşdırır.