"Qarabağ" - "Sevilya": Biletlər satışa çıxarılır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda  "Sevilya" ilə ev oyunu üçün biletlər sabahdan satışa çıxarılacaq.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi yazıb. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilməyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-da saat 20:55-də başlayacaq