"Qarabağ" - "Sevilya": Biletlərin qiymətləri açıqlandı

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-u İspaniyanın "Sevilya" klubunu qəbul edəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn).