"Qarabağ" - "Sevilya" görüşünə biletlər tükənir

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sevilya” görüşü üçün satışa çıxarılan biletlər tükənmək üzrədir.

Sportline.az xəbər verir ki,bu günə olan məlumata görə, 30 min biletdən yalnız 500-ü sahibini gözləyir.  

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” qarşılaşması, sabah saat 20:55-də başlanacaq.