"Qarabağ" - "Sevilya" görüşünün hakimi bilindi

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşünün hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Yevgeni Aranovskiyə, Semyon Şlonçak və İqor Alyoxin kömək edəcək. 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.

Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək. Matçın UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" matçı, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.