"Qarabağ" - "Şaxtyor" görüşünün vaxtı açıqlandı
Ölkə çempionu “Qarabağ”, sabah Antalya toplanışı çərçivəsində, sonuncu yoxlama oyununu keçirəcək.
Sportline.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 12:00-da başlayacaq.
Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1. Qurban Qurbanovun kollektiv üçüncü sınaq görüşündə Polşa "Pyast"ı ilə 1:1 hesablı heç-heçə etmişdi.