"Qarabağ" - "Şerif" görüşünə nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Qarabağ” – “Şerif” matçına bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, hələ ki, 16 min bilet sahibini tapıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.