"Qarabağ" - "Şerif" matçının biletləri "Azərsun Arena"da
"Qarabağ” komandası Topaz Premyer Liqanın 3-cü turunda “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.
Sportline.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, oyundan əvvəl Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsinin “Şerif”lə cavab oyununa bilet satışı təşkil olunacaq. Azarkeşlər saat 18:00-dan etibarən “Azərsun Arena”nın kassalarından biletləri ala biləcəklər.
Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu saat 21:00-da başlanacaq. Komandalar arasında Tiraspolda oynanılan ilk matçda Ağdam klubu 0:1 hesabı ilə uduzub.