"Qarabağ" 3 qolla qrup mərhələsinə yüksəldi
Bu gün UEFA Avropa Liqasında "pley-off" mərhələsi yekunlaşacaq. SportLİne.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da oyun günündə meydana çıxacaq. Rəqib Moldovanın "Şerif" kollektivi olacaq.
Tiraspolda 0:1 hesabı ilə uduzan "köhlən atlar" qrup mərhələsinə yüksəlmək üçün mütləq rəqib qapısına yol tapmalıdırlar. Bir cavabsız qol oyunu əlavə vaxta aparacaqsa, iki qol "Qarabağ"ı cütün qalibi edə bilər.
"Şerif" isə qapısını toxunulmaz saxlayacağı təqdirdə mərhələ adlayacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq matçın start fiti saat 21:00-da səslənəcək.
Qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
30 avqust 2018
Avropa Liqası
"Pley-off" mərhələsi (cavab oyunu)
"Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) - 3:0
QOLLAR: Maksim Medvedev, 9 (1:0); Donald Gerye, 42 (2:0); Filip Ozobiç, 55 (3:0)
İlk oyun: 0:1
"Qarabağ": 13. Vaqner, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 77. Donald Gerrye, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. İnnosent Emeqara
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev
"Şerif": 33. Sergey Paşçenko, 15. Kristiano,23. Vladimir Kovaçeviç, 90. Vyaçeslav Posmak, 55. Mateo Suşiç (k), 4. Petru Raku, 88. Rifet Kapiç, 18. Georgi Anton, 9. Jo Santos, 97. Aleksandru Boyçuk, 39. Zigi Badibanqa
Ehtiyat oyunçular: 21. Çebotar, 7. Rodriqes, 8. De Noeyer, 14. Balima, 19. Paliç, 35. Kulişiç, 45. Kamara
Baş hakim: Aleksandr Stavrev
Köməkçi hakimlər: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Meçkarovski (hamısı Makedoniya)
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı