"Qarabağ" Sloveniyaya yollanır
Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" Avtriyada təlim-məşq toplanışını yekunlaşdırır.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu gün hazırlıq prosesini başa vuracaq komanda sabah Sloveniyaya yollanacaq.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində bu ölkənin “Olimpiya” (Lyublyana) komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 11-də Sloveniyada, cavab görüşü iiyulun 18-i Bakıda olacaq.