"Qarabağ" - "Sportinq" matçının hakimləri açıqlanıb

UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sportinq" görüşünün hakimləri müəyyənləşib. SportLine.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan briqadaya həvalə olunub:

29 noyabr 2018
Avropa Liqası
"E" qrupu, 5-ci tur

21:55. "Qarabağ" - "Sportinq"
Baş hakim:
 Petr Ardeleanu
Köməkçi hakimlər: Petr Blajey, Tomaş Mokruş 
Dördüncü hakim: Yan Patak
Əlavə köməkçi hakimlər: Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya)

Qeyd edək ki, Petr Ardeleanu 2014-cü il dekabrın 11-də "Qarabağ"la İtaliya "İnter"i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.