"Qarabağ" stadionunu dəyişir

“Qarabağ”ın Premyer Liqada ev oyunlarını keçirdiyi “Azərsun Arena” təmirə bağlanacaq.

Sportline.az Sportal.az-a istinadən xəbər verir ki, çempionatın ikinci turunda "Qəbələ" ilə ev oyunundan sonra stadionun ot örtüyünün yenilənməsi işləri başlayacaq. Yenilənmə işləri noyabrın sonlarına qədər davam edəcək.

"Qarabağ" Premyer Liqada ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.