"Sumqayıt" - "Qarabağ" matçı yayımlanmayacaq?
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü canlı yayımlanmayacaq.
SportLine.az xəbər verir ki, "Sumqayıt" klubunun müraciəti əsasında görüşün bir gün sonraya keçirilməsinə qərar verən Peşəkar Futbol Liqası, bununla, yayımçı şirkət - CBC Sport telekanalının planlarını pozub.
Məlumata görə, telekanal bu oyunla eyni vaxtda başlanacaq "Neftçi" - "Qəbələ" görüşünü canlı yayımlayacaq.
Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"la görüşdə qalib gələcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcək.