"Qarabağ" "Sumqayıt"la qarşılaşdı

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən Premyer Liqa klublarının əsas komandaları ilə yanaşı, əvəzediciləri də yararlanır.

Sportline.az xəbər verir ki, "Sumqayıt"la "Qarabağ"ın ikinci komandaları yoxlama görüşündə üz-üzə gəliblər.

“Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirilən görüş 1:1 hesabı ilə nəticələnib. 

Qeyd edək ki, I divizionda 6 turdan sonra "Qarabağ" 9 xalla 4-cü, "Sumqayıt" isə 8 xalla 7-ci pillədədir.