"Qarabağ" "Sumqayıt"la üz-üzə
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan "Sumqayıt” klubu yoxlama görüşü keçirəcək.
Sportline.az xəbər verir ki, Sumqayıt futbolçuları çempionatın lideri "Qarabağ"la qarşılaşacaqlar.
Martın 24-də "Azersun Arena"da keçiriləcək oyun saat 17:00-da başlanacaq.