"Qarabağ" "Sumqayıt"ı xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 4-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. 

Son çempion "Qarabağ" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək. 

Üç turdan sonra hər iki komandanın aktivində 4 xal var. "Qarabağ" bu xalları iki, "Sumqayıt" üç oyuna toplayıb.

Saat 20:00-da başlanacaq görüşü İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


14 sentyabr 2018
TPL, 4-cü tur

"Qarabağ" - "Sumqayıt" - 1:0
QOL: 
Filip Ozobiç, 21/p. (1:0)
QIRMIZI VƏRƏQƏ: Yusif Nəbiyev, 70 ("Sumqayıt")

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Azersun Arena”

Standings provided by Sofascore LiveScore