"Qarabağ" - Suriya matçının vaxtı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Suriya millisi ilə yoxlama oyununun başlama saatı müəyyənləşib.

Sportline.az klubun "Facebook" səhifəsində istinadən xəbər verir ki, oyun sabah Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Xatırladaq ki, "Qarabağ" ilk yoxlama oyunlarında Bolqarıstan "Ludoqorets"i (1:1) və  Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.