"Qarabağ" Suriya millisinə uduzdu
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama matçına çıxıb. SportLine.az xəbər verir ki, rəqib Suriya millisi olub.
Qarşılaşma Suriya seçməsinin qələbəsi ilə yekunlaşıb - 0:1.
Xatırladaq ki, bunadək olan yoxlama oyunlarında "köhlən atlar" Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib.