"Qarabağ" tək məşqlə kifayətləndi
"Qarabağ" Avstriyadakı hazırlıq prosesi çərçivəsində bu günü tək məşqlə başa vurub.
SportLine.az xəbər verir ki, yerli vaxtla saat 12:30-da start götürən hazırlıq 1 saat 40 dəqiqə davam edib. Ötən gün Bolqarıstan "Ludoqorets"i ilə yoxlama matçında meydanda olan futbolçular bərpa hərəkətlərini yerinə yetirib.