"Qarabağ" Türkiyəyə yola düşdü
Türkiyədə təlim-məşq toplanışı keçəcək "Qarabağ" qardaş ölkəyə yola düşüb. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Antalyada məskunlaşacaq.
Heyətdə yerli və əvəzedici futbolçular yer alıblar. Legionerlər komandaya Antalyada qoşulacaqlar.