"Qarabağ" üçün məğlubiyyətə bərabər qələbə
Azərbaycan kubokunda yarımfinalın cavab qarşılaşmasında "Qarabağ" "Qəbələ"yə 2:1 hesabıyla qalib gəlib.
Sportline.az xəbər verir ki, buna baxmayaraq "Qarabağ" səfərdəki minimal hesablı məğubiyyətə görə mübarizəni dayandırıb. "Qəbələ" isə finala yüksəlib.
Azərbaycan kuboku
Yarımfinal
1 may (çərşənbə)
17:00. “Qarabağ” – “Qəbələ” 2:1
Qollar: Miçel, 37 (1:0), Dani Kintana, 58 (2:0), Davit Volkov, 81 (2:1).
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1