"Qarabağ" UEFA-nın statistik göstəricisinə görə ikincidir

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" turnirdə ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır.

Ağdam klubunun futbolçularına qarşı beş oyununda 82 dəfə qayda pozulub.

Türkiyənin "Trabzonspor" komandasının oyunçuları 84 dəfə kobudluğa məruz qalıb. İlk üçlüyü isə Fransa "Renn"i (81) qapayır.

"Qarabağ" futbolçuları 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu göstəricidə 30-cu sıradadır. 

Qeyd edək ki, V turda İspaniyada "Sevilya"ya uduzan "Qarabağ" 1/16 final mərhələsindən kənarda qalıb.