"Qarabağ" UEFA reytinqində xalımızı artırdı

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları  və Avroliqanın 4 matçından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki,  “Partizani” üzərində 2:0 hesablı qələbə qazanan “Qarabağ” ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. Bununla da  Azərbaycan son 5 mövsümdəki xallarını 16,000 çatdırıb. Əvvəlki kimi 26-cı pillədəyik.

1 pillə irəlidə olan Qazaxıstanın 16,750 xalı var.