"Qarabağ" Ukrayna klubuna uduzdu

Ölkə çempionu "Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna çempionu Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalya hazırlığı zamanı  bundan əvvəlki yoxlama görüşlərində “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1).