"Qarabağ" üstünlüyü belə əldən verdi

Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Sportline.az xəbər verir ki, “Qarabağ” Kiprdə APOEL-lə qarşılaşıb. Nikosiyadakı GSP stadionunda keçirilən oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

A qrupunun digər oyununda “Sevilya” Lüksemburqda “Düdelanj”ı 5:2 hesabı ilə məğlub edib.

APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 1:2

Qollar: Lukas Souza, 59, Nikolas İoannu, 88 - Maksim Medvedev, 10