"Qarabağ" üzərində qələbənin mükafatı

Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn "Sumqayıt" klubu futbolçuları mükafatlandırıb.

Sportline.az xəbər verir ki, Ağdam klubuna bu mövsüm çempionatda ilk məğlubiyyəti yaşadan komandanın hər bir əsas heyət üzvü 1000 manat mükafat alıb.

Bu məbləğ "Sumqayıt"ın cari mövsüm futbolçulara ödədiyi ən böyük mükafat olub.