"Qarabağ" və "Keşlə" cəzalandırıldı
AFFA İntizam Komitəsi "Qarabağ" və "Keşlə"ni cəzalandırıb.
SportLine.az xəbər verir ki, hər iki kluba 800 manat cərimə kəsilib.
"Qarabağ"ı azarkeşlərinin "Neftçi" ilə görüşdə pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ziyana düşüb. "Keşlə" isə "Qəbələ" ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar cərimə olunub.