"Qarabağ" və "Neftçi"nin futbolçuları millidə

Haiti millisinin KONKAKAF Millətlər Liqasının final mərhələsi ilkin heyəti müəyyənləşib.

Sportline.az xəbər verir ki, baş məşqçi Mark Kollat 40 futbolçuni düşərgəyə çağırıb.

Siyahıda "Qarabağ"ın müdafiəçisi Donald Gerye ilə "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivarın da adı var.

Qeyd edək ki, yekun siyahıda futbolçuların sayı 23-ə endiriləcək.