"Qarabağ" və "Neftçi"nin mövqeyi

Çempionlar Liqası və Avropa Liqasının II təsnifat mərhələsinin ardınca klubların UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, 421 komanda son 5 ildəki nəticələrinə əsasən mövqe tutub.

Çempionlar Liqasında mərhələ adlayan "Qarabağ" ən yaxşı göstəriciyə malik Azərbaycan klubudur. Ağdam təmsilçisi 19,500 xalla 69-cu pillədəki yerini qoruyub.

"Qəbələ" Avropa Liqasındakı uğursuzluğa baxmayaraq, 139-cu pillədəki yerini itirməyib. "Qırmızı-qaralar"ın aktivində 7,500 xal var və onlar Xorvatiya “Hayduk”u ilə bu yeri bölüşür.

Avropa Liqasında "Arsenal" üzərində qələbə "Neftçi"nin 266-cı pilləyə yüksəlməsinə səbəb olub. Aktivində 3,750 xal olan "ağ-qaralar" 6 komanda ilə 266-cı yeri bölüşür.