"Qarabağ" və "Sumqayıt"ın 26-cı görüşü

Topaz Premyer Liqasının növbəti turunda "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq. SportLine.az xəbər verir ki, bu, rəqiblərin 26-cı dueli olacaq.

İndiyədək 25 dəfə qarşılaşan komandaların qarşıdurmasında Ağdam təmsilçisi öndədir. 18 qələbə qazanan "köhlən atlar", 4 oyunda meydanı məyus tərk ediblər.

Top fərqində də "Qarabağ" üstündür: 51-12

Qeyd edək ki, "Qarabağ" və "Sumqayıt" komandaları arasında 10-cu tura təsadüf edəcək matçın start fiti noyabrın 3-ü, saat 19:00-da səslənəcək.