"Qarabağ" yeni ildə ilk matça çıxır

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün  ilk yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, ölkə çempionu Rumıniyanın  “Botoşani”  klubu ilə qarşılaşacaq. Belek qəsəbəsindəki "Gloria Sport" otelinin qapalı meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti matçını yanvarın 16-da Özbəkistanın “Paxtakor” klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə üz-üzə gələcək.