"Qarabağ" yeni transferini rəsmən açıqladı
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" yeni transferini ictimaiyyətə açıqlayıb. SportLine.az xəbər verir ki, Ağdam klubu İslandiya millisinin qapıçısı Hannes Tur Halldorssonu heyətinə cəlb edib.
34 yaşlı qapıçının sonuncu iş yeri Danimarkanın "Randers" klubu olub. Futbolçu 2011-ci ildən İslandiya millisinə dəvət alır.
Qeyd edək ki, "Qarabağ" bunadək Filip Ozobiç ("Qəbələ”), Rahil Məmmədov ("Səbail”) və Abdullah Zubiri ("Lans", Fransa) də transfer edib.