"Qarabağ" yeni transferini rəsmən açıqladı

"Qarabağ" yeni futbolçusu Ailton Silvanın transferini rəsmən açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisinin  2019-2020 mövsümünü icarə əsasında Ağdam təmsilçisində keçirəcəyi bildirilib.

Qeyd edək ki, “Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.