"Qarabağ"dan növbəti qələbə
Bu gün Topaz Premyer Liqasında 19-cu tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Çempionatın lideri "Qarabağ" doğma meydanda "Zirə"ni qəbul edəcək.
Ağdam təmsilçisi qələbə qazanmaqla çempionluğa bir qədər də yaxınlaşacaq. "Zirə" isə "Qəbələ" ilə xal fərqini azaltmaq üçün 3 xala ehtiyac duyur.
Qarşılaşma saat 19:00-da başlanacaq.
10 mart 2018
Topaz Premyer Liqası
19-cu tur
“Qarabağ” - “Zirə” - 2:0
QOLLAR: Dani Kintana, 22 (1:0); Elvin Yunuszadə, 35 (2:0)
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Azərsun Arena”
Standings provided by Sofascore LiveScore