"Qarabağa" qarşı oynamayacaq

"Dundalk"ın futbolçusu Robbi Benson Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçına çıxa bilməyəcək. Sportline.az xəbər verir ki, "Qarabağ"la ilk oyunda qabırğasından zədələnən yarımmüdafiəçi Bakıya gətirilməyib.

Onun həftəsonu komandanın məşqlərinə qatılacağı bildirilir.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk oyunda komandalar hərəyə 1 qol vurmuşdular.