"Qarabağ"a qol vuran futbolçu rəmzi komandada

Avropa Liqasında qrup mərhələsinin IV turunun rəmzi komandası açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "11-lik" "FedEx" şirkətinin indekslərinə əsasən müəyyənləşib.

APOEL-lə səfərdə 1:2 hesabı ilə məğlub olan "Qarabağ"dan heç kim simvolik komandaya düşməyib. Əvəzində rəqibin heyətində ilk qola imza atan Lukas Silva APOEL-i rəmzi heyətdə təmsil edib.

Rəmzi "11-lik": Giderius Arlauskis ("ÇFR Kluj") - Reynhold Ranftl (LASK), Lyuis Lopes, Sebastyan Korçia (hər ikisi "Espanyol"), Zinho Vanheuzden ("Standard") - Ussama İdrissi ("Alkmar"), Esteban Qranero, Oskar Melendo (Espanyol), Lukas Souza (APOEL) - Munir, Munas Dabbur (hər ikisi "Sevilya").